Mbay Dian “Qalatasaray”la vidalaşıb

Mbay Dian “Qalatasaray”la vidalaşıb
  • Clock-gray 22:43
  • calendar-gray 29 Yanvar 2021

Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Mbay Dianın İngiltərəyə gedişi dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, “Vest Bromviç” 30 yaşlı forvardı heyətinə qatdığını elan edib.

Premyer Liqa təmsilçisi Seneqal millisinin üzvünü birdəfəlik transfer etmək şərtilə mövsümün sonuna qədər icarəyə götürüb. Dian özü sosial şəbəkə vasitəsilə “Qalatasaray”la vidalaşıb. “Vest Bromviç”in baş məşqçisi Sem Ellardays da bu keçidi təsdiqləyib.

Qeyd edək ki, Mbay Dianın “Qalatasaray”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

ApaSport

Digər xəbərlər