Messi “Valyadolid”lə görüşün hakimini tənqid edib

Messi “Valyadolid”lə görüşün hakimini tənqid edib
# 06 aprel 2021 12:27 (UTC +04:00)

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi hakimlərin ünvanına sərt ittihamları ilə gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu La Liqanın XXIX turunun “Valyadolid”lə görüşünün (1:0) hakiminin qərəzli münasibətindən narazı qalıb.

Növbəti turda “Real”la görüşəcək “Barselona”nın kapitanı hakimin ona sarı vərəqə vermək üçün macal axtardığını hiss edib. Santyaqo Xayme Latre Messini cəzalı duruma düşməklə “Real”la matçı buraxması üçün çalışıb.

Lionel oyunun fasiləsində klub nümayəndəsi Karles Navala da bu barədə deyib: “Hakim mənə sarı vərəqə verməyi çox istəyir. Bu, inanılmazdır”.

Hakimin səylərinə baxmayaraq Messi qarşılaşmanı vərəqəsiz başa vurub. Onun komandası 90-cı dəqiqədə vurulan qolla görüşdən 3 xalla ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR