Messi rekordunu yeniləyib

Messi rekordunu yeniləyib
# 01 fevral 2021 09:46 (UTC +04:00)

İspaniya La Liqasının XXI turunda “Atletik”lə keçirilən oyun “Barselona”nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, 20-ci dəqiqədə hesabı açan argentinalı superulduz ölkə çempionatında cərimə zərbəsindən 38-ci dəfə fərqlənib.

Bununla 34 yaşlı futbolçu öz rekordunu yeniləyib. O, bu baxımdan ən yaxın izləyicisi olan sabiq “Real”lı Kriştianu Ronaldonu (19 qol) ikiqat qabaqlayır. Son 25 ildə standart vəziyyətdən ən çox qol vuran üçüncü oyunçu “Real”ın formasını geyinmiş Roberto Karlosdur (16). Onu digər braziliyalı olan “Barselona”nın əfsanəsi Ronaldinyo (15) izləyib.

Qeyd edək ki, Lionel Messi “Barselona”nın heyətində 650 qola imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR