Məhəmmədrəsul Məcidov: "Entoni Coşua üzərində qələbəni təkrarlaya bilərəm"

Məhəmmədrəsul Məcidov: "Entoni Coşua üzərində qələbəni təkrarlaya bilərəm"
  • Clock-gray 11:38
  • calendar-gray 27 Noyabr 2020

“Həvəskar boksda qalmağımı istəyirdilər. Amma 2016-cı ildə keçirilən Rio Olimpiadasından sonra peşəkar boksa keçməyə qərar verdim”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov deyib.

Həvəskarlar arasında üçqat dünya çempionu bu gün peşəkar rinqdə 3-cü döyüşünə çıxacaq. Puerto Riko idmançısı Sahret Delqadonu sınağa çəkəcək Məcidov koronavirus pandemiyası ilə bağlı idman yarışlarında yaranan fasilə üzündən təxminən bir il rinqdən kənarda qalmasına baxmayaraq formada olduğunu bildirib: “Hər şey yaxşıdır. Mən bir ildən sonra yenidən rinqə qayıtdığım üçün xoşbəxtəm. Döyüşə tam hazıram”.

Məhəmmədrəsul rəqibi barədə fikirlərini də açıqlayıb: “Sahret pis döyüşçü deyil. Amma mən nə qədər yaxşı olduğumu döyüş gecəsində göstərəcəyəm”.

Ağır çəkidə peşəkarlar arasında dünya çempionu Entoni Coşuanı həvəskarların yarışında məğlub etmiş təmsilçimiz Böyük Britaniya təmsilçisinə meydan oxuyub. Onu peşəkar rinqdə də məğlub edə biləcəyini qeyd edən Məcidov çempionluq mesajı verib: “Entoni Coşua ilə döyüşümü xatırlayıram. O, çox yaxşı boksçudur. Amma mənim də yaxşı təcrübəm var. Düşünürəm ki, Coşua üzərində qələbəni təkrarlaya bilərəm”.

ApaSport

Digər xəbərlər