"Milan" 17 yaşlı isveçli futbolçunu transfer edib

"Milan" 17 yaşlı isveçli futbolçunu transfer edib
# 09 iyul 2020 14:28 (UTC +04:00)

İsveçin 17 yaşadək futbolçulardan ibarət milli komandasının kapitanı Lukas Berqlund "Milan"a transfer olunub.

Apasport.az saytının məlumatına görə, "rossonyerlər" "Malmö"nün 17 yaşlı oyunçusunu heyətinə cəlb edib.

"İnter", "Bolonya" və "Udineze"nin də maraq dairəsində olan hücumameyilli yarımmüdafiəçi milanlılarla müqavilə bağlamağı üstün tutub. A seriyası təmsilçisi tezliklə bu transferi rəsmən bəyan edəcək.

Qeyd edək ki, Lukas Berqlund "Malmö"nün heyətində 6 oyun keçirib, 3 qola imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR