“Milan” 31 ildən sonra “Yuventus”a 4 qol vurub

“Milan” 31 ildən sonra “Yuventus”a 4 qol vurub
# 08 iyul 2020 09:45 (UTC +04:00)

İtaliya A seriyasının lideri “Yuventus” XXXI turun “Milan”la görüşündə 2:4 hesabı ilə uduzub.

Apasport.az saytının məlumatına görə, Turin klubu 7 ildən sonra çempionat matçında 4 top buraxıb.

Sonuncu dəfə 2013-cü ilin oktyabrında belə halla üzləşən “ağ-qaralar” həmin vaxt “Fiorentina”ya məğlub olub. Maraqlıdır ki, həmin qarşılaşmada da 2:4 hesabı qeydə alınıb.

“Milan”ın “Yuventus”a 4 qol vurmasına isə sonuncu dəfə 31 il əvvəl təsadüf olunub. 1989-cu ilin martında milanlılar rəqibini 4:0 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, bu məğlubiyyətlə “Yuventus”un 7 matçlıq qələbə seriyası da qırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR