“Milan” Hakan Çalhanoğlu ilə razılaşa bilmir

“Milan” Hakan Çalhanoğlu ilə razılaşa bilmir
# 18 fevral 2021 17:53 (UTC +04:00)

İtaliyanın “Milan” klubu futbolçusu Hakan Çalhanoğluna yeni müqavilə təklif edib.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi türk yarımmüdafiəçini daha uzun müddət heyətində saxlamaq istəyir.

Lakin tərəflər maliyyə məsələsində razılıq əldə edə bilmir. Klub rəhbərliyi futbolçuya ildə 4 milyon avro təklif edir. Hakan isə 5,5 milyon tələb edir.

Qeyd edək ki, Çalhanoğlunun hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR