“Milan” Mario Mandzukiçlə anlaşıb

“Milan” Mario Mandzukiçlə anlaşıb
# 17 yanvar 2021 14:10 (UTC +04:00)

Xorvatiya yığmasının sabiq hücumçusu Mario Mandzukiçin klubsuz günləri başa çatır.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı forvard İtaliya klubu “Milan”la anlaşıb.

Son olaraq ötən ilin yayında Qətər təmsilçisi “Əl-Duhail”dən ayrılan qolçu oyunçu “rossonyerlər”lə danışıqları müsbət yekunlaşdırıb. Tərəflərin tezliklə 6 aylıq rəsmi müqaviləyə qol çəkəcəyi bildirilib. O, milanlılara azad agent kimi keçəcək.

Qeyd edək ki, Mario Mandzukiç 2015-2019-cu illərdə İtaliyada “Yuventus”un formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR