"Milan" Ralf Ranqniklə anlaşıb

"Milan" Ralf Ranqniklə anlaşıb
# 07 iyul 2020 10:18 (UTC +04:00)

"Leypsiq"in sabiq baş məşqçisi Ralf Ranqnik "Milan"ın sükanı arxasına keçməyə çox yaxındır.

Apasport.az saytının məlumatına görə, 62 yaşlı mütəxəssis "rossonyerlər"lə müqavilənin şərtlərini razılaşdırıb.

Anlaşmaya əsasən, növbəti mövsümdən komandaya almaniyalı çalışdırıcı rəhbərlik edəcək. Hətta klub rəhbərliyi baş məşqçiliklə yanaşı, idman direktorluğunu da Ranqnikə təklif edib. Onun A seriyası təmsilçisi ilə 3 illik müqavilə bağlaması gözlənilir.

Qeyd edək ki, hazırda Stefano Pioli "Milan"ın baş məşqçisi, Paolo Maldini isə idman direktorudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR