"Milan" "Sevilya"nın müdafiəçisini transfer edib

"Milan" "Sevilya"nın müdafiəçisini transfer edib
# 14 iyul 2020 22:11 (UTC +04:00)

"Milan" "Sevilya"nın müdafiəçisi Simon Kyaeri transfer edib.

Apasport.az saytının məlumatına görə, "rossonyerlər" hazırda icarə əsasında komandanın formasını geyinən 31 yaşlı futbolçunu birdəfəlik heyətinə qatıb.

Danimarka millisinin mərkəz müdafiəçisinin keçidi İspaniya klubuna 3,5 milyon avro qazandıracaq. Qısa müddətdə Kyaer "Milan"la münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, "Milan"ın yanvarda icarəyə götürdüyü Simon Kyaer A seriyasında 9 matçda iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR