Milli komandanın yeni məşqçisi: "Azərbaycan gələcəyin sürprizi ola bilər"

 Milli komandanın yeni məşqçisi: "Azərbaycan gələcəyin sürprizi ola bilər"
# 15 iyul 2020 16:04 (UTC +04:00)

"Bir ildir de Byazi ilə birlikdəyəm. Mənə Azərbaycan millisində köməkçisi olmağı təklif etdi. Xoş xoşbəxtik, çünki əla seçim etdik. Daim inkişafda olan bir ölkədə işləməyə gedirik".

Apasport.az saytının məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisində köməkçi-məşqçi vəzifəsinə təyin olunan Klaudio Belluççi deyib.

Benni Karbone ilə birlikdə yığmamızın yeni baş məşqçisi Canni de Byazinin köməkçilərindən biri olan 45 yaşlı mütəxəssis ölkəsi İtaliya mətbuatına müsahibə verib. Belluççi millimizlə uğur qazanacaqlarına inandığını söyləyib.

- Azərbaycan millisi gəncdir?
- Son illər görülən işləri yaxşılaşdırmaq istəyirik. Onların İtaliyaya qarşı oyununu da izləmişik. Görüləsi çox iş var. Azərbaycan istər futbolda, istərsə də hər sahədə davamlı inkişafdadır. Gələcəyin milli sürprizi ola bilər, biz bunun üçün çalışırıq.

- Azərbaycanda çalışmaq istəyinizin gələcək üçün missiya olduğunu deyə bilərik?
- Bəli, qürur duymaq üçün, əlbəttə ki, böyük səbəbdir. Çünki onlar italyan məşqçilərini taktiki və texniki cəhətdən yavaş-yavaş inkişaf etməyə və nizam-intizamlı futbola çağırırlar. Bu fürsətdən çox məmnunuq.

- DÇ-2022 barədə düşünürsünüz?
- Əlbəttə. Niyə də olmasın? Ancaq addım-addım gedək. Dərhal təəccübləndirmək üçün əvvəlcə Millətlər Liqasına diqqət yetirməliyik. Bu yarışda düzgün yol gələcəkdə daha gözəl qapı aça bilər.

- Azərbaycandakı futbol bazalarını görmüsünüz?
- Xeyr, dürüst olmaq lazımdırsa, onlara hələ baş çəkməmişik. Amma bizə çox müsbət şeylər danışdılar. Bakıdakı stadiona baxın, vəziyyətin necə olduğunu anlayacaqsınız. Bu baxımdan ölkə çox böyüyür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR