Millətlər Liqasında yarımfinal cütləri müəyyənləşib

Millətlər Liqasında yarımfinal cütləri müəyyənləşib
  • Clock-gray 20:42
  • calendar-gray 03 Dekabr 2020

Millətlər Liqasının final mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə 2020/21 mövsümündə A liqasında qrup qalibi olan 4 komanda yarımfinal cütləri təşkil edib.

2021-ci ilin oktyabrında İtaliyada baş tutacaq həlledici raundun ilk oyununda meydan sahibinin yer aldığı cüt qüvvəsini sınayacaq. Bu görüş ayın 6-da keçiriləcək.

Ertəsi gün digər yarımfinal oyunu təşkil olunacaq. Oktyabrın 10-da isə 3-cü yer uğrunda qarşılaşma və final oynanılacaq.

Millətlər Liqası
Yarımfinal

6 oktyabr
İtaliya - İspaniya
7 oktyabr
Belçika - Fransa

10 oktyabr
3-cü yer uğrunda oyun
Final

Qeyd edək ki, turnirin ilk qalibi Portuqaliya olub.

ApaSport

Digər xəbərlər