Millətlər Liqasının oyunları təxirə salına bilər

Millətlər Liqasının oyunları təxirə salına bilər
# 17 mart 2020 10:18 (UTC +04:00)

UEFA Millətlər Liqasının 2020-21 mövsümü koronavirus pandemiyası səbəbindən təxirə salına bilər.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu bu ilin sentyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulan qrup mərhələsinin matçlarını gələn il təşkil etməyi planlaşdırır.

Qurum eyni zamanda 2020-ci ildə yığma komandalar arasında yoldaşlıq görüşlərinin keçirilməməsi variantını da nəzərdən keçirir. Bunda məqsəd klub turnirlərini – Çempionlar Liqası və Avropa Liqasını tamamlamaq üçün təqvimdə boş yer açmaqdır. Bu rəsmiləşərsə, gələn ilin yazına qədər təqvimdə beynəlxalq fasilə olmayacaq.

Məsələ UEFA-nın bu gün keçiriləcək videomüşavirəsi zamanı müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasında Monteneqro, Kipr və Lüksemburqla birlikdə C liqasının 1-ci qrupunda qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR