Mirça Luçesku: “Barselona” kuboku qazanacaq səviyyədə deyil”

Mirça Luçesku: “Barselona” kuboku qazanacaq səviyyədə deyil”
# 04 noyabr 2020 14:22 (UTC +04:00)

Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasının qrup mərhələsində “Barselona” ilə keçiriləcək oyunöncəsi iddialı açıqlama verib.

Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis Kataloniya klubunu nəhəng rəqib saymadığını bildirib.

Bu gün “Nou Kamp”da keçiriləcək matçla bağlı danışan Luçesku rəqibdən çəkinmədiklərini söyləyib: “Bavariya” ilə oyundan sonra “Barselona”nın dəyişikliklər etməsi başadüşüləndir. İstedadlı oyunçulara malikdirlər, ancaq zamana ehtiyacları var. “Barselona” hazırda Çempionlar Liqasını qazanacaq səviyyədə deyil. “Bavariya”, “Mançester Siti” və PSJ-nin şansı daha çoxdur”.

Qeyd edək ki, iki turdan sonra “Barselona” 6 xalla G qrupuna başçılıq edirsə, “Dinamo”nun aktivində 1 xal var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR