Mişel Platininin etirazı rədd edilib

 Mişel Platininin etirazı rədd edilib
# 05 mart 2020 18:04 (UTC +04:00)

Avropa İnsan Hüquqları Məhkəməsi UEFA-nın sabiq prezidenti Mişel Platininin futboldan 4 il müddətinə kənarlaşdırılması ilə bağlı cəzaya etirazına cavab verib.

Apasport.az saytının məlumatına görə, qurum keçmiş futbol rəhbərinin etirazını rədd edib.

Məhkəmənin qərarına əsasən, Fransanın əfsanəvi futbolçusu haqda kəsilən cəzada insan hüquqlarının pozulması halına rast gəlinmədiyi bildirilib.

Qeyd edək ki, 2011-ci ildə FİFA-nın sabiq prezidenti Yozef Blatterdən 2 milyon İsveçrə frankı aldığı üçün FİFA-nın etik qaydalarını pozan Mişel Platini 8 il müddətinə futboldan kənarlaşdırılmış, sonradan İdman Arbitraj Məhkəməsi cəza müddətini 4 ilə endirmişdi. Onun bu qərarla bağlı İsveçrə Federal Məhkəməsinə şikayəti isə təmin olunmamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR