“Molde” klubu “Qarabağ”la oyunda favoritdir

“Molde” klubu “Qarabağ”la oyunda favoritdir
# 16 sentyabr 2020 10:22 (UTC +04:00)

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) - “Molde” (Norveç) oyununun əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Skandinaviya klubunu matçın favoriti sayırlar.

Bu gün Kiprdəki “AEK Arena”da baş tutacaq matçda “Qarabağ”ın qələbəsi 2,77, məğlubiyyəti 2,53 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,44 əmsal verilib.

Qeyd edək ki, qarşılaşma saat 21:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR