Monteneqro Azərbaycanla oyun üçün heyətini açıqlayıb

Monteneqro Azərbaycanla oyun üçün heyətini açıqlayıb
# 04 noyabr 2020 16:57 (UTC +04:00)

Millətlər Liqasında Azərbaycanla qarşılaşacaq Monteneqro millisinin heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Balkan təmsilçisi noyabr oyunları üçün heyəti müəyyənləşdirib.

Baş məşqçi Faruk Hadzibeqiç baş tutacaq üç oyuna 25 oyunçu çağırıb. Monteneqro noyabrın 11-də Podqoritsada Qazaxıstanla yoxlama oyunu keçirəcək. Balkanlılar üç gün sonra Xorvatiyanın Zapreşiç şəhərində Azərbaycan millisinin qonağı olacaq, ayın 17-də Podqoritsada Kipri sınağa çəkəcək.

Qapıçılar: Daniyel Petkoviç (Anje, Fransa), Milan Miyatoviç (MTK Macarıstan), Miloş Draqoyeviç (Buduçnost);

Müdafiəçilər: Stefan Saviç (Atletiko İspaniya), Marko Simiç (Liepaya, Latviya), Jarko Tomaşeviç (Astana, Qazaxıstan), Adam Maruşiç (Latsio, İtaliya), Saşa Baliç (Zaglebiye, Polşa), Risto Radunoviç (Astra, Rumıniya), İqor Vuyaçiç (Partizan, Serbiya), Momçilo Raspopoviç (Riyeka, Xorvatiya), Miloş Miloviç (Vojdovaç, Serbiya);

Yarımmüdafiəçilər: Nikola Vukçeviç (Levante, İspaniya), Vladimir Yovoviç (Yablonets, Çexiya), Neboyşa Kosoviç (Kayrat, Qazaxıstan), Aleksandar Şçekiç (Partizan, Serbiya), Aleksandar Bolyeviç (Standard, Belçika), Marko Bakiç (Muskron, Belçika), Sead Hakşabanoviç (Norçeepinq, İsveç), Vukan Saviçeviç (Samsunspor, Türkiyə), Nikola Vuynoviç (Vojdovaç, Serbiya);

Hücumçular: Fatoş Beçiray (Visla, Krakov, Polşa), Stevan Yovetiç (Monako, Fransa), Stefan Muqoşa (İnçon Yunayted, Cənubi Koreya), Dino İslamoviç (Rusenborq, Norveç).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR