Mövlud Çavuşoğlu: “Məsut Özilin “Fənərbaxça”ya transferinə görə sevinirəm"

Mövlud Çavuşoğlu: “Məsut Özilin “Fənərbaxça”ya transferinə görə sevinirəm"
# 18 yanvar 2021 17:21 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Məsut Özilin “Fənərbaxça”ya transferini dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, Çavuşoğlu almaniyalı həmkarlı Hayko Maasla birgə keçirdiyi mətbuat konfransında bu keçidlə bağlı maraqlı fikirlər səsləndirib.

O, “Fənərbaxça” azarkeşi olduğu üçün 33 yaşlı pleymeykerin transferinə sevincini gizlətməyib: “Mən özüm “Fənərbaxça” azarkeşiyəm. Məsut Özilin bu komandaya transferinə görə sevinirəm. Ümid edirəm ki, buna görə, “Qalatasaray”lı, “Beşiktaş”lı və “Trabzonspor”lu azarkeşlər məndən inciməzlər”.

Qeyd edək ki, hazırda İstanbulda olan Məsut Özil “Fənərbaxça” ilə 3,5 illik müqavilə bağlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR