Məşhur futbolçu Çempionlar Liqasını qazanan ən yaxşı "11-liy"i açıqlayıb

Məşhur futbolçu Çempionlar Liqasını qazanan ən yaxşı "11-liy"i açıqlayıb
# 04 may 2020 18:07 (UTC +04:00)

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager Çempionlar Liqasını qazanan ən yaxşı futbolçuların adlarını sadalayıb.

Apasport.az saytının məlumatına görə, keçmiş futbolçu simvolik heyət və onlara baş məşqçi seçib.

Maraqlıdır ki, Karrager Çempionlar Liqasının ən məhsuldar futbolçusu olan Kriştianu Ronaldoya bu siyahıda yer verməyib. Əvəzində “Portu”dakı çıxışı ilə məşhurlaşan Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Deku ehtiyata düşüb. Komandaya baş məşqçi “Mançester Yunayted”in əfsanəvi çalışdırıcısı Aleks Ferqyuson seçilib.

Məşhur futbolçunun heyət müəyyənləşdirərkən bir ölkə və klubdan yalnız 1 oyunçu seçmək hüququ olub.

Qapıçı: Petr Çex (“Çelsi” / Çexiya)
Müdafiəçilər: Moreno Torriçeli (“Yuventus” / İtaliya), Yurgen Koler (“Borussiya” Dortmund / Almaniya), Fernando Yerro (“Real”, İspaniya), David Alaba (“Bavariya” / Avstriya)
Yarımmüdafiəçilər: Didye Deşam (“Marsel” / Fransa), Stiven Cerrard (“Liverpul” / İngiltərə), Klarens Zedorf (“Ayaks”, Niderland), Kaka (“Milan” / Braziliya)
Hücumçular: Lionel Messi (“Barselona” / Argentina), Samuel Eto (“İnter” / Kamerun)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR