Mundial olmayacaq, əvəzinə fərdi Dünya Kuboku keçiriləcək

Mundial olmayacaq, əvəzinə fərdi Dünya Kuboku keçiriləcək
# 10 noyabr 2020 22:54 (UTC +04:00)

Bu gün Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Azərbaycan Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, onlayn formatda təşkil olunan tədbirdə ali qurumun Büro Üzvlərinin əsas müzakirə mövzusu dekabrda keçirilməsi nəzərdə tutulan dünya çempionatı olub.

UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin də iştirak etdiyi iclasın yekununda mundialın təşkilinin mümkünsüz olduğu qənaətinə gəlinib. Buna səbəb dünya çempionatı üçün tələb üçün 70 faiz iştirakçı limitinin dolmamasıdır.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq, bəzi ölkələr dekabrın 12-dən 20-dək Serbiyanın paytaxtı Belqradda keçirilməsi planlaşdırılan dünya çempionatında iştirak etməyəcəyini bildirib. Bu üzdən İK qərara alıb ki, həmin tarixdə yarışda iştirak etmək üçün müraciət edən ölkələrin komandalarının iştirakı ilə fərdi Dünya Kuboku keçirilsin. Güləşin hər üç növü üzrə 10 çəkidə qaliblər kubokla təltif olunacaq.

Qeyd edək ki, bu, güləş tarixində ilk belə yarış olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR