Mustafa Cengiz “Qalatasaray”ın prezidentliyinə yenidən namizəd olacaq

Mustafa Cengiz “Qalatasaray”ın prezidentliyinə yenidən namizəd olacaq
# 23 aprel 2021 13:36 (UTC +04:00)

“Qalatasaray”ın prezidenti Mustafa Cengiz növbəti seçkilərdə də namizədliyini irəli sürəcək.

Apasport.az saytının məlumatına görə, klub rəhbəri səhhətində ciddi problemlər yaranmasına baxmayaraq, postunda qalmaqda qərarlıdır.

İdarə Heyətinin istefa verməsini istədiyi tam fərqli addım atıb. Bununla “cim-bom”da prezidentliyə namizədlərin sayı 5-ə yüksəlib. Mustafa Cengizə qədər Burak Elmas, Mətin Öztürk, Tuncer Hunca və Əşrəf Hamamcıoğlu da iddiasını ortaya qoyub.

“Sarı-qırmızılılar”ın vitse-prezidentləri Abdürrahim Albayrak və Yusuf Günay isə sabiq prezident Dursun Özbəkə namizəd olmağı təklif edib. Onların fikrincə, iyunda ödənilməli olan 300 milyon lirəlik borcu yalnız Özbək qarşılaya bilər.

Qeyd edək ki, “Qalatasaray”da prezident seçkiləri mayın 29-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR