Nadir Nəbiyev: “Belə havada oyun keçirmək qeyri-mümkün idi”

Nadir Nəbiyev: “Belə havada oyun keçirmək qeyri-mümkün idi”
# 17 fevral 2021 15:52 (UTC +04:00)

“Tovuza güclü qar yağır, belə hava şəraitində oyun keçirmək qeyri-mümkün idi”.

Bunu apasport.az saytına Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev I divizionun XIII turunun “Turan Tovuz” – “Sumqayıt-2” matçının təxirə salınmasına münasibət bildirərkən deyib.

“Turan”ın sabiq futbolçusu meydançanın qarla tamamilə örtüldüyünü söyləyib: “İkinci hissə təzə başlamışdı ki, beş dəqiq keçməmiş matçı saxladılar. Meydançadakı xətti silmək istədilər, alınmadı. Çünki xətti silən kimi üstü yenidən örtülür. Qar o qədər güclü yağır ki, heç göz açıb baxmaq olmur”.

Qeyd edək ki, 51-ci dəqiqədə hesab 0:0 olarkən dayandırılan qarşılaşma qeyri-müəyyən müddətə təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR