“Napoli” “Yuventus”la oyuna gəlməyib

“Napoli” “Yuventus”la oyuna gəlməyib
# 04 oktyabr 2020 23:13 (UTC +04:00)

İtaliya A seriyasının “Yuventus” – “Napoli” matçı baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, buna qonaqların oyuna gəlməməyi səbəb olub.

Neapollular heyətində koronavirusa yoluxanlar olduğu üçün səfərə yollanmaqdan imtina edib. “Yuventus” isə stadiona yollanaraq start heyətini də açıqlayıb.

Neapol səhiyyə xidməti “Napoli”nin Turinə yollanmasına qadağa qoyub. Lakin A seriyası oyunu təxirə salmağa əsas görmədiyini elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR