"Napoli" türkiyəli futbolçunu istəyir

"Napoli" türkiyəli futbolçunu istəyir
# 27 iyun 2020 11:12 (UTC +04:00)

"Napoli" hücumçu axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Neapol təmsilçisi komandadan ayrılacaq Xose Kalyexonun alternativini artıq müəyyənləşdirib.

A seriyası təmsilçisi "Roma"lı Cengiz Ündərə elçi düşüb. Baş məşqçi Cennaro Qattuzo Türkiyə millisinin üzvünü ixtiyarında görməkdə maraqlıdır. Çalışdırıcı 22 yaşlı vingerin transferini rəhbərlikdən tələb edib. Kalyexon isə mövsümün sonunda azad agent statusu alacaq və "Napoli"ni tərk edəcək.

Qeyd edək ki, cari mövsüm 21 oyunda 3 qol vuran Cengiz Ündərin "Roma" ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR