“Napoli”nin bombardiri “Çelsi”yə keçməkdən imtina edib

“Napoli”nin bombardiri “Çelsi”yə keçməkdən imtina edib
# 10 yanvar 2021 22:25 (UTC +04:00)

İtaliyanın “Napoli” klubunun futbolçusu Dris Mertens İngiltərə “Çelsi”sinə keçməkdən imtina edib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Frenk Lempard hücumçunun transferində maraqlı olsa da, forvard karyerasını İngiltərədə davam etdirmək istəməyib.

Mertens bunu “Napoli”dəki durumundan razı qalması ilə izah edib. Neapol təmsilçisi də futbolçu üçün 30 milyon avro tələbi irəli sürüb.

Qeyd edək ki, 2013-cü ildən “Napoli”də oynayan Dris klub tarixinin ən yaxşı bombardiridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR