“Napoli”nin prezidenti superkubokun təxirə salınmasını istəyib

“Napoli”nin prezidenti superkubokun təxirə salınmasını istəyib
# 12 yanvar 2021 11:42 (UTC +04:00)

“Napoli” klubu İtaliya Superkubokunun təxirə salınmasını istəyir.

Apasport.az saytının məlumatına görə, Neapol təmsilçisi “Yuventus”la həlledici qarşılaşmaya hazır deyil.

“Napoli”nin prezidenti Aurelio De Laurentis İtaliya Futbol Federasiyasına bununla bağlı müraciət ünvanlayıb. O, təqvim sıxlığından və azarkeşsiz oynamaqdan şikayətlənib. Laurentis görüşün mövsümün sonlarına yaxın baş tutmasını təklif edib. Lakin federasiya buna mənfi cavab verib.

Qarşılaşmanın öncədən nəzərdə tutulduğu vaxtda – yanvarın 20-də “Sassuolo”nun stadionunda keçiriləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR