Nazirlik: 700-dən çox qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib

Nazirlik: 700-dən çox qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib
# 06 aprel 2021 11:19 (UTC +04:00)

2019-2021-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub, ən müasir avadanlıqlarla təchiz edilib.

Nazirlikdən APA-ya bildirilib ki, həmin müəssisələr Vətən müharibəsi iştirakçılarının reabilitasiya və sosial-psixoloji xidmətlərlə təmin olunmasına öz töhfəsini verir. Postmüharibə dövründə həmin müəssisələrə 700-dən çox qazi qəbul olunaraq reabilitasiya və sosial-psixoloji xidmətlərlə əhatə olunub.

Hazırda xidmətlərin göstərilməsi prosesi davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR