"Neftçi" 19 yaşlı braziliyalı futbolçu ilə müqavilə bağlayıb

"Neftçi" 19 yaşlı braziliyalı futbolçu ilə müqavilə bağlayıb
# 22 iyul 2020 22:02 (UTC +04:00)

"Neftçi” ardıcıl üçüncü əcnəbi futbolçunu transfer edib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, braziliyalı mərkəz müdafiəçisi Rener Alves de Souza ilə 2+1 il müddətinə müqavilə bağlanıb.

19 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində 4 nömrəli formanı geyinəcək. "Brasilis”in yetirməsi olan Rener Alves de Souza Braziliyanın "Fortaleza” klubunda çıxış edib. O, "Fortaleza"nın əsas kollektivi ilə yanaşı, U-19 və U-20 komandalarında da oynayıb, U-20 ilə "Copa do Nordeste”nin qalibi olub.

Qeyd edək ki, "Neftçi” bundan əvvəl nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı və Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini transfer edib. Həmçinin Cabir Əmirli də komandaya cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR