"Neftçi" ikinci pillədə yerini möhkəmlədib, "Səbail" qalib gəlib

"Neftçi" ikinci pillədə yerini möhkəmlədib, "Səbail" qalib gəlib
# 16 fevral 2020 20:52 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, son gündə iki oyun keçirilib.

Bir gün əvvəlki matçlardan fərqli olaraq, bu dəfə meydan sahibləri qələbəyə seviniblər. Baş tutan hər iki qarşılaşmada 3:1 hesabı qeydə alınıb.

İlk olaraq meydana "Səbail" və "Qəbələ" komandaları çıxıblar. Sonuncu pilləni rəqibinə təhvil verən bakılılar erkən qolla hesabda geri düşmələrinə baxmayaraq, sonda meydanı qalib tərk ediblər. Paytaxt təmsilçisi əzmkar qələbə sayəsində "Qəbələ" ilə aradakı xal fərqini 5-ə yüksəldib.

Turun son matçında paytaxt derbisi baş tutub. Mərkəzi qarşılaşmada “Neftçi” ilə “Keşlə” münasibətlərinə aydınlıq gətiriblər. Erkən qollarla önə keçən "ağ-qaralar" 2020-ci ildə ilk qələbələrini qazanaraq, ikinci pillədəki mövqelərini möhkəmlədiblər.

Azərbaycan Premyer Liqası
XVII tur
16 fevral (bazar)
16:30. “Səbail” – “Qəbələ” - 3:1

Qollar: Mirsahib Abbasov, 56; Rauf Əliyev, 70; Hendrik Ekşteyn, 82 - Nikolas Raysel, 16

Qırmızı vərəqə: Fernan Lopez, 75

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev
“ASCO Arena”

“Səbail”: 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 11. Rauf Əliyev, 10. Maykl Esyen, 21. Eriko da Silva, 27. Hendrik Ekşteyn, 19. Ruslan Hacıyev
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 4. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 8. Lema Mabidi, 3. Turan Manafov, 30. Murad Qayalı, 97. Bahadur Həziyev, 79. Əli Sadıxov, 45. Kənan Quliyev
Baş məşqçi: Aftandil Hacıyev
“Qəbələ”: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 74. Yusif Nəbiyev, 3. İviça Juniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 12. Abdelrafik Jerar, 32. Nikolas Raysel, 19. Rövlan Muradov, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 5. Rasim Ramaldanov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 22. Rodriqo Qattas, 17. Yaovi Akakpo, 55. İdris İnqilablı, 27. Samir Məhərrəmli
Baş məşqçi: Azər Bağırov

19:00. “Neftçi” – “Keşlə” - 3:1

Qollar: Baqali Dabo, 11; Mamadu Mbodj, 17; Stiven Monroz, 58 - Sezar Meza Kolli, 53 (pen.)
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
“Bakcell Arena”

“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 28. Stiven Monroz, 77. Donald Gerye, 88. Saman Nərimancahan, 5. Anton Krivotsyuk
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov, 93. Soni Mustivar, 10. Dario Frederiko, 11. Evangelos Platellas, 6. Voyislav Stankoviç, 26. Ömər Buludov, 55. İbrahim Əliyev, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Füzuli Məmmədov
“Keşlə”: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 42. Aleksandr Kristovao, 30. Şahrux Qadoyev, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 57. Əkpər Vəliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 9. Lorenzo Frutos, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov
Baş məşqçi: Tərlan Əhmədov

1

Qarabağ

17

11

5

1

31-7

38

2

Neftçi

17

8

6

3

26-13

30

3

Keşlə

17

7

5

5

21-17

26

4

Sumqayıt

17

6

4

7

22-24

22

5

Zirə

17

5

5

7

21-30

20

6

Sabah

17

5

4

8

19-23

19

7

Səbail

17

5

3

9

14-26

18

8

Qəbələ

17

3

4

10

18-32

13

Bombardirlər: Stiven Monroz ("Neftçi") - 7 qol, Lorenzo Frutos ("Keşlə"), Peyman Babayi ("Sumqayıt"), Mahir Emreli ("Qarabağ") - 6 qol.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR