“Neftçi” liderliyini darmadağınla qoruyub, “Zirə” Qəbələdə büdrəyib

“Neftçi” liderliyini darmadağınla qoruyub, “Zirə” Qəbələdə büdrəyib
# 14 mart 2021 19:08 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 2 görüş baş tutub.

Günün ilk matçı Qəbələdə oynanılıb. Üçüncü pillədəki “Zirə” ilk “dördlüy”ə iddia edən “Qəbələ”nin qonağı olub. Bölgə təmsilçisi doğma arenasında qalib gələrək həm 4-cü pillədəki “Sumqayıt”a yaxınlaşmaq, həm də “Zirə” ilə xal fərqini azaltmaq niyyətində idi. "Qırmızı-qaralar" ilk hissədə hesabı açsa da, Merab Qiqauri qırmızı vərəqə aldığından, komanda bir saatdan çox azlıqda mübarizə aparmalı olub. Bakılılar isə məğlubiyyətdən son anda qurtula bilib. Yeni transfer Fakundo Melivilo debüt matçında əlavə olunmuş dəqiqələrdə komandasına 1 xal qazandırıb.

Tura “Bakcell Arena”da yekun vurulub. Çempionluğa oynayan “Neftçi” autsayderlər zonasından uzaqlaşmağa çalışan “Səbail”i sınağa çəkib. Bir gün əvvəl “Qarabağ” qələbə qazandığından, “ağ-qaralar” mütləq qalib gəlməli idi. Oyun gözlənildiyi kimi, flaqmanın üstünlüyü şəraitində keçib. Samir Abasovun kollektivi liderliyini darmadağınla qoruyub. Həmçinin matçda hesabı açan Namiq Ələsgərov qollarının sayını 14-ə çatdıraraq, bombardirlər yarışında yenidən liderliyə yüksəlib.

Qeyd edək ki, turun dünən keçirilən oyunlarında “Qarabağ” “Sabah” üzərində qələbə qazanıb (2:0), “Sumqayıt”la “Keşlə” bərabərə qalıb (2:2).

Azərbaycan Premyer Liqası
XX tur
14 mart (bazar)

15:00. “Qəbələ” – “Zirə” - 1:1
Qollar:
Vinko Medimoreç, 23 - Fakundo Melivilo, 90+4
Qırmızı vərəqə: Merab Qiqauri, 29
“Qəbələ”: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 55. İdris İnqilablı
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 13. Yurgen Qoxa, 17. Yaovi Akakpo, 10. Rövlan Muradov, 20. Faiq Hacıyev
Baş məşqçi: Elmar Baxşıyev
“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 29. Musa Qurbanlı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 17. Rodriqo Bonqonqui, 14. Fakundo Melivilo, 7. Tural Bayramlı, 21. Hacıağa Hacılı, 77. Cəlal Hüseynov
Baş məşqçi: Rəşad Sadıqov
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Rəhim Həsənov
Qəbələ şəhər stadionu

17:15. “Neftçi” – “Səbail” - 4:0
Qollar:
Namiq Ələsgərov, 5, Stiven Monroz, 65, Yusuf Laval, 69, Mert Çelik, 75
“Neftçi”: 30. Aqil Məmmədov (k), 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov, 20. Mert Çelik
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 10. Saman Nərimancahan, 91. Tallison Diaz, 17. Bruno Teluşi, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 72. Emin Zamanov, 70. Asim Əlizadə, 87. Nazim Məmmədzadə, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov
“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 11. Rauf Əliyev, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 19. Luka İmnadze, 44. Şamil Cəfərov
Baş məşqçi: Aftandil Hacıyev
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Tural Qurbanov
“Bakcell Arena”

1

Neftçi

20

13

3

4

30-19

42

2

Qarabağ

20

12

6

2

46-13

42

3

Zirə

20

7

9

4

24-21

30

4

Sumqayıt

20

6

8

6

23-24

26

5

Qəbələ

20

5

8

7

18-28

23

6

Səbail

20

4

6

10

19-33

18

7

Keşlə

20

3

8

9

20-32

17

8

Sabah

20

4

4

12

19-29

16

Bombardirlər: Namiq Ələsgərov ("Neftçi") - 14 qol, Mahir Emreli ("Qarabağ") - 13 qol, Filip Ozobiç ("Qarabağ") - 10 qol

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR