"Neftçi" qış çempionu olub

"Neftçi" qış çempionu olub
# 24 dekabr 2020 19:53 (UTC +04:00)

Bu gün Azərbaycan Premyer Liqasında 2020-ci ilin son oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, XIII turun matçları eyni gündə baş tutub.

Premyer Liqanın autsayderi “Sabah” səfərdə “Sumqayıt” üzərində minimalhesablı qələbə qazanıb. Həmçinin “Qəbələ” də evinə 3 xalla dönüb. “Səbail”in qonağı olan “qırmızı qaralar” rəqibini məğlubiyyətə uğradıb.

Son çempion “Qarabağ” heç vaxt uduzmadığı “Zirə”ni sınağa çəkib. Eyni xala malik komandaların dueli dramatik alınıb. Rəşad Sadıqovun yetirmələri ilk hissədə 2 top fərqi ilə önə keçməsinə baxmayaraq, aktivinə heç 1 xal da yazdıra bilməyib. Hər iki komandadan bir futbolçunun qırmızı vərəqə aldığı qarşılaşmanın ikinci hissəsində möhtəşəm geridönüş edən Qurban Qurbanovun kollektivi əzmkar qələbəyə sevinib.

Çempionatın lideri “Neftçi” isə “Keşlə”ni qəbul edib. Paytaxt derbisində qalibiyyəti çətinliklə əldə edən “ağ-qaralar” mövqeyini qoruyaraq, qış çempionu olub. Amma “flaqman”dan 1 xal geri qalan “Qarabağ”ın ehtiyatında bir oyun var. “Sabah” və “Səbail”lə eyni xala malik “Keşlə” isə onlarla son 3 pilləni bölüşür.

Qeyd edək ki, növbəti turun matçları 2021-ci il yanvarın 21-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XIII tur
24 dekabr (cümə axşamı)

16:00. “Səbail” – “Qəbələ” - 1:3
Qollar:
Turan Manafov, 52 - Ülvi İsgəndərov, 20, Asif Məmmədov, 27, Ceyms Adeniyi, 90+2
“Səbail”: 96. Nikolas Hagen, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 3. Turan Manafov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 20. Ruslan Hacıyev, 99. Bahadur Həziyev, 77. Ədilxan Qarəhmədov
Məşqçi: Emin Ağayev
“Qəbələ”: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 74. Yusif Nəbiyev, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 99. Ceyms Adeniyi, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cavanşir Yusifov, Rövşən Rəcəbov
“ASCO Arena”

16:00. “Sumqayıt” –“ Sabah” - 1:2
Qollar:
Xəyal Nəcəfov, 31 - Slavik Alxasov, 26, Aleksey İsayev, 65 (pen.)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rauf Allahverdiyev
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 21. Adəm Həmati, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 9. Əli Qurbani, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 37. Nicat Əliyev
Məşqçi: Elnur Çodarov
“Sabah”: 12. Alvaro Villete, 7. Coşqun Diniyev (k), 14. Slavik Alxasov, 46. Aleksey İsayev, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev, 6. Şakir Seyidov, 77. Veysəl Rzayev
Ehtiyat oyunçular: 98. Yusif İmanov, 8. Elşən Abdullayev, 19. Təmkin Xəlilzadə, 17. Məhəmməd Mirzəbəyov, 10. Yevgeni Koçuk, 20. Elçin Mustafayev, 29. Ceyhun Nuriyev
Baş məşqçi: Visente Qomez
“Kapital Bank Arena”

16:00. “Qarabağ” – “Zirə” - 3:2
Qollar:
Mahir Emreli, 58, Kvabena Ovusu, 83, 89 - Ağabala Ramazanov, 2, Lazar Corceviç, 47
Qırmızı vərəqələr: Kevin Medina, 90+2 - Dmitrios Çantakias, 75
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 77. Donald Gerye, 81. Kevin Medina, 6. Patrik Andrade, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 9. Davit Volkov, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 27. Tamerlan Burcəliyev, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
“Azersun Arena”

18:00. “Neftçi” – “Keşlə” - 2:1
Qollar:
Mirabdulla Abbasov, 65, 81 - Rəhman Hacıyev, 68
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov
“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 10. Saman Nərimancahan, 20. Mert Çelik, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov
“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 20. Rail Məlikov, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 48. Dmitro Klots, 97. Xəzər Mahmudov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 6. Rəşad Sadiqov, 11. Silvio Rodriqes, 99. Rafael Məhərrəmli, 14. Turan Vəlizadə, 39. Elnur Süleymanov, 87. Tunar Mütəllimov
Məşqçi: Zaur İsmayılov
“Bakcell Arena”\

N

Klublar

O

Q

H

M

T-F

X

1

Neftçi

13

7

3

3

15-14

24

2

Qarabağ

12

6

5

1

31-10

23

3

Zirə

13

5

5

3

16-14

20

4

Sumqayıt

13

4

4

5

16-20

16

5

Qəbələ

13

3

6

4

13-20

15

6

Səbail

12

3

4

5

14-16

13

7

Keşlə

13

3

4

6

13-21

13

8

Sabah

13

4

1

8

13-17

13

Bombardirlər: Namiq Ələsgərov ("Neftçi") – 8, Filip Ozobiç, Mahir Emreli (hər ikisi "Qarabağ") – 7, Əli Qurbani ("Sumqayıt") – 6.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR