“Neftçi” və “Kəpəz” Azərbaycan kuboku ilə vidalaşıb

“Neftçi” və “Kəpəz” Azərbaycan kuboku ilə vidalaşıb
# 07 fevral 2021 19:20 (UTC +04:00)

Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, bu gün cavab oyunları çərçivəsində iki matç keçirilib.

Günün ilk qarşılaşması Gəncədə baş tutub. I divizion təmsilçisi “Kəpəz” “Keşlə”ni qəbul edib. Beş gün öncə 1:0 hesablı ev qələbəsi qazanan bakılılar səfərdə də qalib gəlib – 2:0.

1/4 finalın yeganə paytaxt derbisində “Zirə” “Neftçi”ni qəbul edib. İlk qarşılaşmada 1:0 hesablı qələbə qazanan qəsəbə təmsilçisi qolsuz heç-heçəyə nail olaraq rəqibini mübarizədən kənarlaşdırıb. Beləliklə, paytaxtın iki komandası yarımfinala yüksəlib.

Qeyd edək ki, 1/4 finalın ilk iki cütlüyündə “Qarabağ” “Qəbələ”ni (3:1, 3:0), “Sumqayıt” isə “Səbail”i (0:1, 2:1) üstələyərək növbəti mərhələyə adlayıb.

Azərbaycan kuboku
1/4 final, cavab oyunları
7 fevral (bazar)
14:30. “Kəpəz” – “Keşlə” - 0:2
Qollar:
Rəhman Hacıyev, 58, Anatole Abanq, 90
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamal Umudlu
“Kəpəz”: 1. Elməddin Sultanov, 4. Qaraxan Əliyev, 10. Əli Səmədov (k), 15. Nodar Məmmədov, 21. Novruz Məmmədov, 9. Tural Qürbətov, 7. Ruslan Süleymanov, 8. Zahid Mərdanov, 14. Nicat Məmmədov, 77. Samir Qurbanov, 5. Nika Baçaliaşvili
Ehtiyat oyunçular: 22. Pərvin Zeynalov, 97. Emil Qasımov, 19. Fərid Məmmədov, 20. Orxan Abdullayev, 27. Hikmət Verdiyev, 18. Röyal Əhmədov, 13. Sadiq Şəfiyev
Baş məşqçi: Yaşar Vahabzadə
“Keşlə”: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 11. Silvio Rodriqes, 91. Sadio Tonkara, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 17. Vüsal İsgəndərli, 8. Tural Axundov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 9. Anatole Abanq, 14. Turan Vəlizadə
Baş məşqçi: Sənan Qurbanov
Gəncə şəhər stadionu
İlk oyun – 0:1

17:30. “Zirə” – “Neftçi” - 0:0
Hakimlər:
İnqilab Məmmədov, Eyyub İbrahimov, Nahid Əliyev, Kamranbəy Rəhimov
“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov (k), 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 10. Ağabala Ramazanov, 2. Sərtan Taşkın, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 99. Filipe Paxtman, 7. Tural Bayramlı, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov, 27. Tamerlan Burcəliyev, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
“Neftçi”: 1. Səlahət Ağayev, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 5. Anton Krivotsyuk
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 28. Stiven Monroz, 17. Bruno Teluşi, 26. Ömər Buludov, 20. Mert Çelik, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 72. Emin Zamanov, 56. Elton Əlibəyli, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 1:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR