“Neftçi” və “Sabah” meydana xüsusi formalarla çıxıb

“Neftçi” və “Sabah” meydana xüsusi formalarla çıxıb
# 18 oktyabr 2020 14:00 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının VI turunun ikinci oyun gününə start verilib.

Apasport.az saytının məlumatına görə, “Neftçi” və “Sabah” “Bakcell Arena”da meydana çıxıb.

Qarşılaşma 18 oktyabr Azərbaycan dövlət müstəqilliyi günündə keçirildiyindən komandalar stadionda pankart açılıb. Bunun üzərində “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” ifadəsi əks olunub.

Turun ilk oyun günündə olduğu kimi bu matçda da Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycan Ordusuna dəstək nümayiş olunub. Komandalar və hakimlər üzərində “Torpaq, əgər uğrunda ölən varsa vətəndir” sözləri və Azərbaycanın xəritəsi əks olunmuş xüsusi formalarla çıxıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR