“Neftçi”nin futbolçusu: "Futboldan çox ailəm üçün darıxmışam" - MÜSAHİBƏ

“Neftçi”nin futbolçusu: "Futboldan çox ailəm üçün darıxmışam" - MÜSAHİBƏ
# 01 iyun 2020 17:44 (UTC +04:00)

“Neftçi”nin futbolçusu Anton Krivotsyuk klubun saytına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı müdafiəçi müqavilə müddətinin artırılması və gələcək planları barədə danışıb.

- "Neftçi” ilə daha 1 illik anlaşmaya imza atdınız. Təəssüratlarınız necədir?
- Təbii ki, doğma hesab etdiyim klubda qaldığım üçün çox şadam. Həmişə çempionluq uğrunda mübarizə aparan komandanın heyətində olmaq məsuliyyətimi artırır.

- Ümumiyyətlə, "Neftçi” sizin həyatınızda nə kimi rol oynayıb?
- Çox vacib rol oynayıb. Dediyim kimi, "Neftçi” kimi komandanın formasını geyinmək böyük şərəfdir. Meydanda canımı qoyub komandaya xeyir verməyə çalışıram. Futbolçu üçün əsas məqsəd bu olmalıdır.

- Karantin dövrünü necə keçirirsiz? Formanızı necə qoruyub saxlamısız?
- Karantin dövrü ağır keçdi. Açığı, formamı tam istədiyim kimi saxlaya bilmədim.

- Artıq mövsüm bərpa olunub. Nə gözləyirsiz?
- Təsəvvür etmək çətindir. Məncə, məşqdən-məşqə qaydasına düşəcək.

- Futbol üçün çox darıxmısız?
- Əlbəttə! Futbol həyatımın bir parçasıdır, amma ailəm üçün daha çox darıxmışam. Axı onlar başqa ölkədə yaşayırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR