“Neftçi”nin sabiq futbolçusu qəflətən vəfat edib

“Neftçi”nin sabiq futbolçusu qəflətən vəfat edib
  • Clock-gray 09:49
  • calendar-gray 07 Yanvar 2021

Bakının “Neftçi” klubunun sabiq futbolçusu Rafiq Əlizadə vəfat edib.

Bu məlumatı apasport.az saytına Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev verib.

O bildirib ki, keçmiş futbolçu 72 yaşında qəflətən dünyasını dəyişib: “Rafiqin heç bir xəstəliyi yox idi. İki gün əvvəl telefonla danışırdıq, deyib-gülürdü. Heç nəyi də yox idi. Gecə yatıb, oyanmayıb”. 

Rusiyanın Moskva şəhərində yaşayan veteran hücumçu qonşu ölkənin paytaxtında dünyasını dəyişib. 

Futbolçu karyerasına 1966-cı ildə Bakı “Lokomotiv”ində başlayan Əlizadə 1966-72 və 1976-82 illərdə “Neftçi”də çıxış edib. O, Tiraspol şəhərinin komandasının (1973-74) və Odessa “Çernomorets”inin (1975) formasını da geyinib. 1988-89-cu illərdə Bakı “Termist”ində oynayan məşqçi kimi çalışıb.

Sonradan futzala keçən forvard 1991-ci ildə “Neftçi”nin şərəfini qoruyub və SSRİ yığmasında 2 oyun keçirib. Həmyerlimiz həm SSRİ millisinin, həm də “Dina” klubunun məşqçisi də olub. O, 1992-2008-ci illərdə bu klubun idman direktoru, 2010-17-ci illərdə vitse-prezidenti kimi çalışıb.

ApaSport

Digər xəbərlər