“Neftçi”nin sabiq prezidenti Avropa Liqasının oyununa təyinat alıb

“Neftçi”nin sabiq prezidenti Avropa Liqasının oyununa təyinat alıb
# 20 oktyabr 2020 10:21 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsinin I turunun təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan iki təmsilçisi UEFA nümayəndəsi kimi qarşılaşmalara təyinat alıb.

“Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə C qrupunun İsraildəki “Hapoel” (Beer Şeva, İsrail) – “Slaviya” (Çexiya) matçında iş başında olacaq. AFFA rəsmisi Zaur Hacı-Məhərrəmov L qrupunun Çexiyada baş tutacaq “Slovan” (Çexiya) – “Gent” (Belçika) görüşünə təyin olunub.

Qeyd edək ki, I turun qarşılaşmaları oktyabrın 22-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR