“Neftçi”nin veteran futbolçuları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar

“Neftçi”nin veteran futbolçuları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar
# 23 oktyabr 2020 12:58 (UTC +04:00)

“Neftçi” klubunun Rusiyada yaşayan keçmiş futbolçuları Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Apasport.az saytının məlumatına görə, işğal altında olan torpaqlarımızın azad edilməsini diqqətlə izlədiklərini bildirən veteranlar ordumuzla fəxr etdiklərini vurğulayıblar.

SSRİ idman ustaları üçrəngli bayrağımızın tezliklə Qarabağda dalğalanacağına inam ifadə ediblər:

“Hörmətli İlham Heydər oğlu!

Biz, “Neftçi” futbol klubunun Rusiyada yaşayan veteranları 30 il əvvəl işğal olunmuş torpaqlarımızın rəşadətli, müzəffər Azərbaycan ordusu tərəfindən azad edilməsini diqqətlə izləyirik. Xilaskar həmyerlilərimizlə fəxr edir, sülh və ədalətin təntənəsi üçün öz oğullarını müqəddəs savaşa yola salmış analarla birgə həyəcan keçiririk.

İnanırıq ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın üçrəngli bayrağı tezliklə Qarabağda, onun mirvarisi Şuşada dalğalanacaq, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir qarabağlının evində sülh bərqərar olacaq!

SSRİ idman ustaları:
Tofiq Abbasov
Rafiq Əli-Zadə
Rinat Kamalitdinov
Rafiq Quliyev
Vyaçeslav Lyoqkiy
Nikolay Smolnikov
İqor Çeremisov
Vitali Şevçenko”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR