Neymar 50 milyon avroluq maaşdan imtina edib

Neymar 50 milyon avroluq maaşdan imtina edib
# 04 may 2020 12:39 (UTC +04:00)

PSJ-nin hücumçusu Neymar komandanı tərk etməkdə qərarlıdır.

Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü rəhbərliyin yeni müqavilə təklifini rədd edib.

Buna səbəb 28 yaşlı ulduz futbolçunun mövsümün sonunda “Barselona”ya qayıtmaq istəməsidir. Halbuki Paris təmsilçisi ona illik 50 milyon avro maaş təklif edib. Lakin Neymar daha az maaş qarşılığında “Barselona”da oynamağa razıdır.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR