Neymar Messinin rekordunu yeniləyib

Neymar Messinin rekordunu yeniləyib
# 13 avqust 2020 12:54 (UTC +04:00)

PSJ-nin hücumçusu Neymar yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, braziliyalı forvard buna Çempionlar Liqasının 1/4 final mərhələsində “Atalanta” ilə qarşılaşmada nail olub.

Dünənki görüşdə 16 dəfə uğurlu driblinq edən 28 yaşlı oyunçu bu baxımdan 2019/20 mövsümünün rekordunu yeniləyib. Ona qədər ən yüksək göstərici “Barselona”nın kapitanı Lionel Messi və “Napoli”nin hücumçusu Lorenzo İnsinyeyə məxsus idi. Hər iki futbolçu bir matçda 11 uğurlu driblinqlə yadda qalıb.

Qeyd edək ki, PSJ-nin “Atalanta” üzərində 2:1 hesablı qələbə qazandığı görüşdə Neymar 1 assist edib. Yarımfinala adlayan Fransa klubunun bu mərhələdəki rəqibi “Leypsiq” – “Atletiko” cütünün qalibi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR