Niderland çempionatının oyunlarında tribunalarda oxumaq qadağan olunacaq

Niderland çempionatının oyunlarında tribunalarda oxumaq qadağan olunacaq
# 24 iyun 2020 23:44 (UTC +04:00)

Futbol üzrə Niderland çempionatında azarkeşlərin stadionlara buraxılması planlaşdırılır.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən 2019/20 mövsümü yarımçıq başa çatan “Zanbaqlar ölkəsi”ndə tamaşaçılar arenalara sentyabrdan qayıda bilərlər.

Yeni mövsümün konturlarını cızan yerli federasiyanın iki yüksək liqada klublara ev oyunlarını azarkeşlərlə keçirməyə icazə verəcəyi gözlənilir. Lakin tribunaların tutumunun yalnız 30 faizi qədər seyrçi arenaya gələ bilər.

Digər məhdudiyyətlər də qoyulacaq. Azarkeşlər həm giriş-çıxışda, həm də tribunada 1,5 metrlik sosial məsafəyə riayət etməlidir. Həmçinin, mahnı oxumaq da qadağan olunacaq. Bu, koronavirusa yoluxma riskini artıra bilər.

Qeyd edək ki, Niderland çempionatında yeni mövsüm sentyabrın 11-də başlamalıdır. Bunadək ölkənin yığması Millətlər Liqasında iki oyun keçirməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR