Niderland millisində Ronald Kumanı Arsen Venger əvəzləyə bilər

Niderland millisində Ronald Kumanı Arsen Venger əvəzləyə bilər
# 18 avqust 2020 12:07 (UTC +04:00)

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Vengerin işsiz günləri başa çata bilər.

Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssisin Niderland millisini çalışdırmaq variantı yaranıb.

Hazırkı baş məşqçi Ronald Kumanın bu həftə “Barselona”ya təyinatı gözlənildiyindən, Niderland Kral Futbol Assosiasiyası onun yerinə məhz Vengeri gətirməyi planlaşdırır. Bir müddət əvvəl “Barselona”nın təklifini rədd edən 71 yaşlı mütəxəssislə hazırda danışıqlar davam edir.

Qeyd edək ki, 1996-2018-ci illər ərzində “Arsenal”ı çalışdıran Arsen Venger ötən ilin noyabrında FİFA-da futbolun qlobal inkişafı üzrə şöbəsinin müdiri vəzifəsini icra edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR