Onilliyin ən yaxşı liqalarında Türkiyə 11-ci sırada yer alıb, Azərbaycan siyahıdan kənarda qalıb

Onilliyin ən yaxşı liqalarında Türkiyə 11-ci sırada yer alıb, Azərbaycan siyahıdan kənarda qalıb
# 18 mart 2021 15:08 (UTC +04:00)

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin ilk onilliyinin ən yaxşı liqalarının siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə 2001-2010-cu illərdə planetin 50 ən yaxşı çempionatı yer alıb.

Azərbaycan çempionatı siyahıdan kənar qalıb. Buna əsrin əvvəllərində çempionatın bərbad durumda olması, hətta bir mövsümün yarımçıq qalıb, digərinin keçirilməməsi səbəb olub. Klublarımızın idealdan çox-çox uzaq olduğu illər üçün liqa da 50 ən yaxşı arasına düşməyib.

Cədvələ İngiltərə Premyer Liqası başçılıq edir. İspaniya La Liqası ikinci, İtaliya A seriyası üçüncüdür.

Qardaş Türkiyə çempionatı da ən yaxşılar arasındadır. Super Liqa dünyada 11-cidir.

1. İngiltərə - 11516,0
2. İspaniya - 11120,0
3. İtaliya - 10640,0
4. Braziliya - 9367,0
5. Almaniya - 9235,0
6. Fransa - 8762,5
7. Argentina - 8753,0
8. Niderland - 7247,5
9. Portuqaliya - 6817,5
10. Meksika - 6526,0
11. Türkiyə - 6250,0
12. Yunanıstan - 6193,0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR