Özil “Fənərbaxça”ya gəlməklə Ronaldonun rekordunu yeniləyib

Özil “Fənərbaxça”ya gəlməklə Ronaldonun rekordunu yeniləyib
# 18 yanvar 2021 14:50 (UTC +04:00)

Məsut Özilin “Arsenal”dan “Fənərbaxça”ya transferi təkcə Türkiyədə deyil, dünyanın bir çox ölkəsində gündəm mövzusuna çevrilib.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçinin dünən gecə İstanbula gəlişini bir çox nüfuzlu kanallar canlı yayımla təqdim edib.

Almaniya millisinin sabiq üzvü Londondan yola çıxmazdan əvvəl “Fənərbaxça”nın “Gel gündüzle gece olalım” mesajını “sarı-lacivərdli” rəngdə ürək işarələri ilə paylaşaraq, yeni rekord müəyyənləşdirib. Portuqaliyalı futbolçu Kriştianu Ronaldonun 2018-ci ildə “Yuventus”a keçidini tvitterdə elan etməsi 535 min bəyənmə toplamışdısa, Özilin paylaşımı bir sutka ərzində 600 min bəyənməni keçib. Bununla Türkiyə əsilli oyunçu Ronaldoya məxsus rekordu yeniləyib.

Qeyd edək ki, Məsut Özilin “Fənərbaxça” ilə 3,5 illik müqavilə imzalaması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR