PFL Azərbaycan çempionatının oyununu təxirə salıb

PFL Azərbaycan çempionatının oyununu təxirə salıb
# 03 mart 2020 14:07 (UTC +04:00)

Futbol üzrə Azərbaycan çempionatının I divizionunun “Turan Tovuz” – MOİK oyunu təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, buna paytaxt təmsilçisinin Peşəkar Futbol Liqasına (PFL) müraciəti səbəb olub.

Müdafiə Nazirinin əmrinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçularının, mülki işçilərinin infeksion xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədi ilə onların xidmət etdikləri və çalışdıqları hərbi hissə və müəssisələrdən ezamiyyətə getmələri müvəqqəti dayandırılıb. Buna görə də MOİK klubunun rəhbərliyi martın 6-da keçirilməli olan görüşün təxirə salınmasını xahiş edib. PFL rəhbərliyi müraciəti rəhbər tutaraq, qeyd olunan oyunu təxirə salıb. Görüşün vaxtı və yeri ilə bağlı yaxın günlərdə dəqiqləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR