PFL prezidenti: “Ümid edirəm ki, bu dəfə çempionatımız sona qədər davam edər”

PFL prezidenti: “Ümid edirəm ki, bu dəfə çempionatımız sona qədər davam edər”
# 12 avqust 2020 15:15 (UTC +04:00)

“Futbol ictimaiyyətinə gözaydınlığı verirəm. Yeni mövsümə püşkatma mərasimi ilə başlayırıq”.

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün püşkatma mərasimi zamanı deyib.

O, çıxışı zamanı koronavirusla bağlı yaranmış problemlərdən bəhs edib və çempionatın Əsasnaməsində edilən dəyişikliklərdən bəhs edib: “Ümid edirəm ki, bu dəfə çempionatımız sona qədər davam edər. Ötən mövsümün yarımçıq başa çatdırılması heç kimdən asılı deyildi. Çempionatda bəzi dəyişikliklər olacaq. Limitlə bağlı heç bir dəyişiklik yoxdur”.

Musayev avrokuboklarda iştirak edəcək klublarımıza diqqətli olmağı tövsiyə edib: “Mətbuatda yazılır ki, püşkatma komandalarımız üçün düşərli oldu. Təki düşərli olsun. Amma futbolçularımız arxayınlaşmasınlar. Unutmasınlar ki, avrokuboklarda artıq Azərbaycan adını təmsil edəcəklər. Avropa arenasında zəif komanda olmur. Bütün klublarımıza uğurlar arzulayırıq və hamı kimi, biz də onlara azarkeşlik edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR