PSJ 9-cu dəfə Fransa çempion olub

PSJ 9-cu dəfə Fransa çempion olub
# 30 aprel 2020 21:44 (UTC +04:00)

Fransa çempionatına rəsmən yekun vurulub.

Apasport.az saytının məlumatına görə, bu gün Liqa1 koronavirus pandemiyası səbəbindən dayandırılan mövsümün bərpa olunmadan başa çatdığını elan edib.

Liqa1 mövcud olan son turnir cədvəlini yekun kimi saymağı məqsədəuyğun bilib. Qurum turnir cədvəlinin lideri PSJ-ni çempion elan edib.

Liqa1-in bəyanatında da bu, öz əksini tapıb: “2019/20 mövsümündə keçirilmiş bütün oyunlarda toplanan xalların hesaba alınması barədə qərardan sonra “Pari Sen-Jermen” rəsmən Liqa1-in çempionu hesab edilib”.

Bu, PSJ-nin 9-cu çempionluğudur. 1986, 1994, 2013-2016-cı illərdə də qızıl medallara yiyələnən Paris klubu 2018-ci ildən başlayaraq ardıcıl 3-cü dəfə bu uğura nail olub.

Qərara əsasən, “Marsel” gümüş, “Renn” bürünc medalla Çempionlar Liasına vəsiqə əldə edib. “Lill”, “Reyms” və “Nitsa” Avropa Liqasında oynayacaq. Amyen”lə “Tuluza” aşağı dəstəyə yollanıb.

Qeyd edək ki, bunadək Fransanın baş naziri Eduard Filipp 2019/20 mövsümünün koronaviruus pandemiyasına görə davam etdirilə bilməyəcəyini açıqlamışdı. Bu gün isə “Ekip” nəşri PSJ-nin çempion elan olunacağını öncədən proqnozlaşdırmışdı və bu ehtimal özünü doğruldub.

1

PSJ

27

22

2

3

75-24

68

2

Marsel

28

16

8

4

41-29

56

3

Renn

28

15

5

8

38-24

50

4

Lill

28

15

4

9

35-27

49

5

Reyms

28

10

11

7

26-21

41

6

Nitsa

28

11

8

9

41-38

41

7

Lion

28

11

7

10

42-27

40

8

Monpelye

28

11

7

10

35-34

40

9

Monako

28

11

7

10

44-44

40

10

Anje

28

11

6

11

28-33

39

11

Strasburq

27

11

5

11

32-32

38

12

Bordo

28

9

10

9

40-34

37

13

Nant

28

11

4

13

28-31

37

14

Brest

28

8

10

10

34-37

34

15

Mets

28

8

10

10

27-35

34

16

Dijon

28

7

9

12

27-37

30

17

Sent-Etyen

28

8

6

14

29-45

30

18

Nim

28

7

6

15

29-44

27

19

Amyen

28

4

11

13

31-50

23

20

Tuluza

28

3

4

21

22-58

13

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR