PSJ Tomas Tuxelin istefasını açıqlayıb

PSJ Tomas Tuxelin istefasını açıqlayıb
# 29 dekabr 2020 14:30 (UTC +04:00)

Fransanın PSJ klubu baş məşqçi Tomas Tuxellə yollarını rəsmən ayırıb.

Apasport.az xəbər verir ki, Paris təmsilçisi rəsmi saytı vasitəsilə almaniyalı mütəxəssisin istefaya göndərildiyini bəyan edib.

PSJ-də illik maaşı 7,5 milyon avro olan Tuxelin müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, buna xitam verilməsi üçün fransızlar ona 6 milyon avroluq təzminat ödəməli olacaq.

Fransa klubu 47 yaşlı çalışdırıcının rəhbərliyi altında 95 qələbə, 12 heç-heçə, 20 məğlubiyyətlə yadda qalıb. Komanda bu matçlarda 342 qol vurub, 109-nu buraxıb. PSJ iki dəfə Liqa1-i (2019, 2020), bir dəfə Fransa kubokunu (2020), bir dəfə Liqa Kubokunu (2020) qazanıb və klub tarixində ilk dəfə Çempionlar Liqasının finalına (2019/2020) yüksəlib.

Qeyd edək ki, PSJ-nin yeni baş məşqçisinin argentinalı Maurisio Poçettino olması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR