PSJ çempion elan olunacaq

PSJ çempion elan olunacaq
# 30 aprel 2020 14:45 (UTC +04:00)

Fransa Liqa1-də çempion elan ediləcək.

Apasport.az saytının məlumatına görə, bu barədə "L’Equipe" nəşri bildirib.

Məlumatda vurğulanıb ki, Liqa1 rəhbərliyi turnir cədvəlindəki sıralamanı olduğunu kimi qəbul edəcək. Bu da PSJ-nin çempion kimi təsdiqlənəcəyi anlamına gəlir. Hazırkı duruma əsasən PSJ, "Marsel" və "Renn" müvafiq olaraq qızıl, gümüş və bürünc mükafatçı kimi Çempionlar Liqasında iştirak hüququ əldə edəcək.

"Lill", "Reyms", "Nitsa" Avropa Liqasına yollanacaqsa, "Amyen"lə "Tuluza" elitanı tərk edəcək. "Lans" və "Loryen" isə Liqa1-ə yüksələcək.

Qeyd edək ki, Fransanın baş naziri Eduard Filipp bir müddət əvvəl Liqa1 və Liqa2-də mövsümün yekunlaşdığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR