Pako Alkaser “Qarabağ”la oyunda Reşfordun rekordunu təkrarlayıb

Pako Alkaser “Qarabağ”la oyunda Reşfordun rekordunu təkrarlayıb
# 30 oktyabr 2020 12:30 (UTC +04:00)

İspaniyanın “Vilyarreal” klubunun futbolçusu Pako Alkaser cari mövsüm oyuna sonradan daxil olduğu matçlarda vurulan qolların sayını 4-ə çatdırıb.

Apasport.az saytının məlumatına görə, hücumçu bununla da “Böyük beşlik” liqaları üçün rekorduna şərik olub.

Avropa Liqasının ilk turunda “Sivasspor”, dünən isə “Qarabağ”la görüşdə dublları sıralayan Alkaser Markus Reşfordun göstəricisini təkrarlayıb. “Mançester Yunayted”in oyunçusu da cari mövsüm əvəzetmələrdən sonra 4 qola sevinib.

Qeyd edək ki, Alkaser cari mövsüm orta hesabla hər 9 dəqiqə 15 saniyəyə bir qol vurur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR