Pandemiya başlayandan maska ilə oynayan futbolçu qələbə qolunu vurub

Pandemiya başlayandan maska ilə oynayan futbolçu qələbə qolunu vurub
# 15 aprel 2021 17:10 (UTC +04:00)

Hondurasın “Olimpiya” klubu KONKAKAF 1/8 finalında Meksika təmsilçisi “Amerika”nı 1:0 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, qarşılaşmada yeganə qola imza atan Cerri Benqtson diqqət mərkəzinə düşüb.

O, koronavirus pandemiyası ilə bağlı karantin başlayan vaxtdan qoruyucu maska ilə oynayıb. Cerri belə addımı ailə üzvlərini koronavirusdan qorumağa çalışması ilə izah edir.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən mərhələni “Amerika” adlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR